Türkiyə çempionatının 34-cü turunda “Beşiktaş” doğma meydanda “Kasımpaşa” ilə qarşılaşıb.  

Oyunda hesab 28-ci dəqiqədə açılıb. Qonaqların heyətində Cekson Muleka fərqlənib. İlk hissəyə əlavə olunmuş vaxtda Ben Uannes 2-ci topu İstanbul klubunun qapısından keçirib. İkinci yarıda meydan sahibləri hücumları artırsa da bu, uğur qazanmaq üçün yetərli olmayıb. Əvəzində Cekson Muleka özünün 2-ci komandasının 3-cü qolunu vurub. “Beşiktaş” – “Kasımpaşa” 0-3.  Xallarının sayıını 47-yə çatdıran “Kasımpaşa” 11-ci pillədə qərarlaşıb. Son turlar qeyri-sabit çıxışı ilə diqqət çəkən “Beşiktaş” isə 51 xalla 7-cidir.

Turun digər oyunu “Sivasspor” “Alanyaspor”u qəbul edib. İlk yarıda qol olmayıb. İkinci hissədə təşəbbüsü ələ alan meydan sahibləri 52-ci dəqiqədə istəklərinə nail olublar. Faykal Facr penaltini dəqiq yerinə yetirərək “Sivasspor”a minimal hesablı qələbə qazandırır. Bu nəticədən sonra Sivas təmsilçisi 45 xalla 13-cü pillədədir. “Alanyaspor” isə 6-cıdır.